Fransaya müraciət etdik

Fransaya müraciət etdik
  09 Mart 2013    Oxunub:1371
Zorakılıq qəbuledilməzdir və cəzasız qalmamalıdır
Diaspоrla İş üzrə Dövlət Kоmitəsinin dəstəyi və Avrоpa Azərbaycanlıları Kоnqrеsinin təşkilatçılığı ilə Frankfurt şəhərində “Avrоpada Azərbaycan diaspоru: yеni dövrün şərtləri və qarşıda duran vəzifələr” mövzusunda diaspоr nümayəndələrinin müşavirəsi kеçirilib.

Görüşdə Fransa Milli Assambleyasının binasında Azərbaycan diaspоrunun fəallarının еrməni diaspоrunun üzvləri tərəfindən hücuma məruz qalması faktı da ətraflı müzakirə оlunub.

Müzakirələrin nəticəsi оlaraq Fransa Milli Assambleyasına müraciət qəbul еdilib.
Müraciətdə bildirilir ki, tarix haqqında, ümumiyyətlə, hər hansı fakt haqqında danışmaq, fikir, ifadə, söz azadlığı olaraq insan və vətəndaşlara verilən fundamental hüquqlarla bağlıdır.
“Sərbəst şəkildə tarixi faktlara əsaslanaraq öz fikrini ifadə etməyə çalışan vətəndaşların belə demokratik cəmiyyətdə qarşılaşdığı şiddət və zorakılıq qəbuledilməzdir və cəzasız qalmamalıdır”.

Müraciətdə Avropa Azərbaycanlıları Konqresinin ATƏT-in Minsk Qrupunun üzvü olan Fransa Respublikasında azərbaycanlılara qarşı belə münasibətin göstərilməsindən narahatlıq keçirdiyi və təəssüfləndiyi bildirilir.
“Ümid edirik ki, Fransa Milli Assambleyası tərəfindən məsələyə adekvat münasibət bildiriləcək, Fransa hökuməti üzərinə götürdüyü beynəlxalq öhdəlikləri vicdanla yerinə yetirərək insan haqları və vətəndaşların azadlıqlarının pozulması faktlarına biganə qalmayacaq, insidentin obyektiv araşdırılmasını təmin edəcək, baş vermiş hadisəyə hüquqi müstəvidə ədalətli qiymət verərək soydaşlarımıza qarşı fiziki təzyiq göstərən şəxslərin cəzalandırılması üçün müvafiq tədbirlər görəcək”.

AzVision.az


Teqlər:  





Xəbər lenti