Sumqayıt Təhsil şöbəsinə yeni müdir təyin olundu

   Sumqayıt Təhsil şöbəsinə yeni müdir təyin olundu
  31 Yanvar 2019    Oxunub:3891
Sumqayıt şəhər Təhsil şöbəsinə yeni müdir təyin olunub.
Azvision.az -ın məlumatına görə, bu vəzifəyə Arzu Alızadə təyinat alıb.

A.Alızadə bundan əvvəl Sumqayıt şəhər 25 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, 2016-cı ilin noyabrından 2018-ci ilin aprel ayına qədər Sumqayıt Təhsil şöbəsinə Nizami Namazov rəhbərlik edib. O, ötən ilin aprel ayında işdən azad olunduqdan sonra bu posta təyinat olmayıb.

Aytən Zəhra
Azvision.az




Teqlər: Təhsil   Sumqayıt  





Xəbər lenti