Bakı-Sumqayıt qatarının hərəkətində problem yaranıb - FOTO

   Bakı-Sumqayıt qatarının hərəkətində problem yaranıb -  FOTO
  24 Dekabr 2018    Oxunub:3190
Bakı-Sumqayıt sürət qatarının hərəkətində problem yaranıb.

Azvision.az -ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, saat 18:30-da yola düşməli olan qatar texniki səbəbdən hərəkət etməyib. Nəticədə sərnişinlər bir müddət qatarda qalıblar.
"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədimova sistemdə problemin olduğunu bildirib.

"Həmin saatda iki qatar yola çıxır. Sistemdə problem olduğu üçün qatarlar bir-birinin hərəkətini görə bilməyib. Nəticədə yubanma olub. Problem aradan qaldırılıb. Qatar artıq xəttə buraxılıb, yoldadır".





Azvision.az


Teqlər: Qatar  





Xəbər lenti