Mirşahin feysbukda susanları sərt tənqid etdi: "Bəs hanı südəmər uşağa göstərdiyiniz "kişilik?!" - VİDEO

  24 Dekabr 2018    Oxunub : 11938
 Mirşahin feysbukda susanları sərt tənqid etdi: "Bəs hanı südəmər uşağa göstərdiyiniz "kişilik?!" - VİDEO
REAL TV-nin rəhbəri, tanınmış jurnalist Mirşahin bazar günü efirə gedən müəllif proqramında feysbukda dövlət əleyhinə aparılan təbliğata reaksiya verməyən bir sıra şəxsləri sərt tənqid edib.
Mirşahin ötən həftə sosial şəbəkədə böyük səs-küy doğuran psixoloq Nərmin Şahmarzadə ilə bağlı qalmaqalı xatırladaraq, sual edib ki, bir qızın üstünə düşənlər niyə bəs öz "kişilik"lərini Azərbaycana hücum çəkənlərə göstərmirlər?!

- Bəs hanı sizin o südəmər uşağa gösərdiyiniz "kişilik"?! Sandığa qoyub, Novruz bayramına saxlayırsınız?! Kraxmallı-ütülü, quymaqqabağı gəlin kimi həyalı-abırlı vücudunuza tural bağlayım, lap quyruqlu sadiqlisindən! Doğrudanmı düşünürsünüz ki, tələb olunanda arvadınızın donunun altında gizlətdiyiniz "kişiliy"inizin Azərbaycan üçün bu gün bir qiyməti var?!,- deyə jurnalist soruşub.



Teqlər: