Gürcüstan Müsəlmanları İdarəsinə yeni sədr seçilib

Gürcüstan Müsəlmanları İdarəsinə yeni sədr seçilib
  24 Dekabr 2018    Oxunub:2591
Gürcüstan Müsəlmanları İdarəsi (GMİ) Ali Dini Şurasının toplantısı keçirilib. Toplantıda təşkilati və cari məsələlərə baxılıb.
Toplantıda GMİ sədrinin səlahiyyət müddəti başa çatdığı üçün quruma yeni rəhbər seçkisi keçirilib. Qurumun sədri vəzifəsi uğrunda ruhanilərdən Ramin İgidov, Rahid Kərimov və Namiq Hüseynov mübarizə aparıblar.

Hacı Ramin İgidov səsvermə yolu ilə növbəti 5 il müddətinə qurumun sədri seçilib. Səsvermədə idarənin Ali Dini Şurasının 21 üzvündən 17-si iştirak edib.

Azvision.az


Teqlər: GMİ  





Xəbər lenti