Bakıda müəllimi “tora salıb” videosunu çəkdilər

 Bakıda müəllimi “tora salıb” videosunu çəkdilər
  06 Dekabr 2018    Oxunub:5780
12 nömrəli Bakı Peşə Liseyində müəllimlə şagird arasında düşən mübahisənin səbəbləri araşdırılır.

Bu barədə Azvision.az-a liseyin direktor əvəzi Şahin Bəylərov məlumat verib. O, bildirib ki, faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.
“Şagird bildirir ki, hadisə oktyabr ayında olub. Bu günə qədər hadisənin nə üçün bizə deyilmədiyi və indi yayılması təəccüb doğurur. Bu, qabaqcadan təşkil olunmuş təxribatdır. Sanki ortada səhnə qurulub. Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət etmişəm və məktub təqdim etmişik”.

Ş.Bəylərov hadisə barədə həm şagird, həm də müəllimlə danışdığını söyləyib: “Dərs başlayıb, müəllim jurnalı yazıb. Şagirdlər öz aralarında sözləşiblər ki, müəllimə qarşı hərəkət etsinlər, o da özündən çıxsın, artıq-əskik söz işlətsin. Müəllimi təxribata çəkiblər. Həmin şagirdin valideynləri ərizə yazıblar ki, niyə davada uşaqların adları hallanır. Fikrimcə, bu, müəllimə qarşı bir oyundur və biz bu oyunu təşkil edənləri üzə çıxartmaq istəyirik. Burada uşaq dəcəlliyi, şıltaqlığı da var. Onlar bilməyiblər ki, belə hadisə rezonansa səbəb olacaq”.



Qeyd edək ki, 12 nömrəli Bakı Peşə Liseyndə 307 nömrəli qrupda təhsil alan şagird Elvin Xəlilov ilə müəllim Oktay Allahverdiyev arasında mübahisə yaşanıb. Səbəb sinifdə uşaqların səs salması olub. Elvin Xəlilov iddia edib ki, mübahisə zamanı Oktay Allahverdiyev onu vurub. Allahverdiyev isə deyib ki, dərs başlayan kimi şagirdlər səs salmağa başlayıblar. Bundan sonra şagirdə yaxınlaşaraq səs salmamasını istəyib. Ancaq onu vurmayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Məktəb   Müəllim   Şagird  





Xəbər lenti