DİN-dən
Azvision.az-a verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il aprelin 19-dan noyabrın 16-dək olan müddətdə rayon ərazisindəki 1 evdən, 1 evin zirzəmisindən, 1 mağazadan və 1 həyətyanı sahədən su mühərriki, tütün məmulatı və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, qəsdən sağlamlığa az ağır zərər vurma, oğurluq və xuliqanlıq maddələrinə görə məhkum olunmuş Vüsal Əliyev saxlanılıb.
Azvision.az