DİN-dən əməliyyat: Narkobaron tutuldu - (FOTOLAR)

  04 Dekabr 2018    Oxunub : 7057
 DİN-dən əməliyyat: Narkobaron tutuldu - (FOTOLAR)
Daxili işlər orqanları tərəfindən narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.
DİN-dən Azvision.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Xətai Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində paytaxt sakini Ceyhun Məmmədov narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilindiyi üçün saxlanılıb.



Onun üzərində şəxsi axtarış aparılan zaman satış üçün hazır qablaşdırılmış formada 34 ədəd bükümdə ümumi çəkisi 15 qrama yaxın heroin, həmçinin 2 büküm psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.



Əməliyyat tədbirlərinin davamı olaraq C.Məmmədovun Xətai rayonunda kirayədə yaşadığı evə baxış zamanı oradan əlavə olaraq 445 qram heoin, 47,666 qram metamfetamin, 1,709 qram marixuana və elektron tərəzi aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri Zaur adlı şəxsdən satmaq məqsədi ilə 10000 manata aldığını bildirib.



İdarə əməkdaşları tərəfindən keçirilən əlavə əməliyyat nəticəsində həmin şəxs, Cəlilabad rayon sakini Zaur Məmmədov Qaradağ rayonu ərazisində saxlanılaraq istintaqa təqdim olunub. Onun üzərində şəxsi axtarış aparılan zaman 525 qram narkotik vasitə olan heroin, 50,125 qram tiryək və 31,020 qram metamfetamin aşkar edilərək götürülüb.



Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, əməliyyat tədbirləri davam etdirilir.

Azvision.az

Teqlər: DİN   Narkotik