Keçmiş məhkum metroda soyğunçuluq edib

Keçmiş məhkum metroda soyğunçuluq edib
  03 Dekabr 2018    Oxunub:5634
Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən metro stansiyalarında, tuneldə hərəkətdə olan qatarlarda cinayətkarlığa qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.
DİN Mətbuat Xidmətindən Azvision.az-a verilən məlumata görə, polis əməkdaşlarının operativliyi və ayıq-sayıqlığı sayəsində ictimai nəqliyyatda soyğunçuluq etməkdə şübhəli bilinən şəxs yaxalanıb.

Belə ki, dekabrın 2-də saat 11 radələrində metronun “Neftçilər” stansiyasının platformasında Bakı şəhər sakini olan qadının çantasından içərisində 110 manat pulu və sənədi olan pulqabısını soyğunçuluq yolu ilə götürən şəxs Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.

Araşdırmalarla onun paytaxt sakini, əvvəllər məhkum olunmuş İntizam Məmmədov olduğu müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Azvision.az


Teqlər: DİN   Metro  





Xəbər lenti