Noyabrın 29-da Tərtər rayonunun Sarov kəndi ərazisindən kənd sakini Adil Məmmədova məxsus “VAZ-21063” markalı avtomobil qaçırılıb.
DİN-dən Azvision.az-a verilən xəbərə görə, Tərtər RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən kənd sakini Tural Əmirli avtomobillə birgə saxlanılıb. Araşdırma aparılır.