Şəmkirdə 2 qardaş bıçaqlanıb, biri ölüb

Şəmkirdə 2 qardaş bıçaqlanıb,  biri ölüb
  30 Noyabr 2018    Oxunub:5629
Noyabrın 29-da Şəmkir rayonunun Qapanlı kəndi ərazisində kənd sakini Nurəddin Əsədoğlu münaqişə zəminində həmkəndliləri Eşqin Əmiraslanova və onun qardaşı İbrahimə bıçaqla xəsarət yetirib.
DİN-dən Azvision.az-a verilən xəbərə görə, xəstəxanaya yerləşdirilən Eşqin ölmüş, İbrahimin vəziyyəti ağırdır. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində N.Əsədoğlu saxlanılıb.

Azvision.az


Teqlər: DİN   Qətl  





Xəbər lenti