Bir ailənin dörd üzvü qazdan zəhərlənib

 Bir ailənin dörd üzvü qazdan zəhərlənib
  29 Noyabr 2018    Oxunub:4451
Qazaxda bir ailənin dörd üzvünün səhhətində yaranan problemin səbəbləri məlum olub.
Qida Təhlükəsizliyi Agentliyindən Azvision.az-a verilən məlumata görə, Qazax rayonu M.Əsədov küçəsi ev 8 ünvanında yaşayan bir ailənin dörd üzvü 28 noyabr 2018-ci il tarixində qida zəhərlənməsi şikayəti ilə Qazax Müalicəvi Diaqnostika Mərkəzinə yerləşdirilmişdi.

Xəstələr tam müayinədən keçirilib və onlara ilkin yardım göstərilərkən heç bir xəstədə qida zəhərlənməsi aşkar edilməyib.

Ailəyə məxsus evin 1-ci mərtəbəsində qızdırıcı sistem olduğu və xəstələrin səhhətinin pisləşməsinə dəm qazının səbəb olduğu müəyyən edilib.

Rayon xəstəxanasının həkimlərinin rəylərinə və müayinələr nəticələrində hadisənin qida zəhərlənməsi olmadığı müəyyən edilib.

Azvision.az



Teqlər: AQTA  





Xəbər lenti