Canavarların dişlədiyi 7 nəfərin vəziyyəti qənaətbəxşdir - Nazirlik

Canavarların dişlədiyi 7 nəfərin vəziyyəti qənaətbəxşdir - Nazirlik
  29 Noyabr 2018    Oxunub:5011
Astara rayonunun Şuvi və Zəngüləş kəndinə canavar hücum çəkib.
Səhiyyə Nazirliyindən Azvision.az-a verilən məlumata görə, gecə saatlarında baş verən hadisə zamanı şəxsi təsərrüfatını, mal-qarasını qorumağa cəhd edən 7 nəfər kənd sakini canavarın hücumuna məruz qalıb.

Xəsarət alanların hər biri Astara Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Canavar dişləməsi diaqnozu qoyulan xəstələrə dərhal zərdablar vurulub, cərrahi müdaxilə ilə yaraları təmizlənib. Hazırda vəziyyətləri qənaətbəxşdir.

Xəstəxanaya daxil olan Zəngüləş kənd sakini 1978-ci il təvəllüdlü Əsgərov Tofiq Qəribxan oğlu onu dişləyən canavarı öldürməyə nail olub. Canavar dişləyən sakinlər arasında azyaşlı Əsgərova Lalə Roma qızı da var.

Azvision.az



Teqlər: Astara   Canavar  





Xəbər lenti