Qaxda itkin düşən 21 yaşlı qadın tapıldı

 Qaxda itkin düşən 21 yaşlı qadın tapıldı
  29 Noyabr 2018    Oxunub:3872
Qax Rayon Polis Şöbəsinə şəhər sakini, ruhi xəstə, 21 yaşlı Zibeydə Əhmədovanın oktyabrın 19-da itkin düşməsi barədə müraciət daxil olub.
DİN Mətbuat Xidmətindən Azvision.az-a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlərə başlanılıb.

DİN-in Baş Cinayət Axtarışı İdarəsi və Qax RPŞ əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Əhmədova paytaxtın Nəsimi rayonu ərazisində tapılaraq ailə üzvlərinə təhvil verilib.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti