Ağdam sakini Bakıda bıçaqlandı

Ağdam sakini Bakıda bıçaqlandı
  29 Noyabr 2018    Oxunub:3411
Oktyabrın 31-də paytaxtın Nəsimi rayonu ərazisindən Ağdam rayon sakini E.Aslanovun bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.
DİN Mətbuat Xidmətindən Azvision.az-a verilən məlumata görə, 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən Bakı şəhər sakini İslam Abdurahmanzadə də müəyyən edilərək saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Azvision.az


Teqlər: DİN   Cinayət  





Xəbər lenti