Keçmiş məhkumlar yenidən cinayət törədiblər

Keçmiş məhkumlar yenidən cinayət törədiblər
  28 Noyabr 2018    Oxunub:3160
Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 26-da saat 1 radələrində evlərin birinin girişindən velosiped oğurlamağa cəhd göstərmiş Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Anar Şahbazov və Kənan Orucov saxlanılıblar.
Daxili işlər Nazirliyindən Azvision.az-a verilən məlumata görə, onların noyabrın 25-də daha 2 velosipedi oğurlamaları da müəyyən edilib.

Azvision.az


Teqlər: DİN   cinayət  





Xəbər lenti