664 sahibkarlıq obyektində monitorinqlər aparılıb

664 sahibkarlıq obyektində monitorinqlər aparılıb
  28 Noyabr 2018    Oxunub:3110
Naxçıvan Muxtar Respublikasında cari ilin 10 ayı ərzində istehsal və tikinti sahəsində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına əməl olunmasının vəziyyəti ilə əlaqədar 77 obyektə nəzarət həyata keçirilib.
Azvision.az xəbər verir ki, bu zaman fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etməyən 44 işçi müvəqqəti olaraq tikinti sahəsindən uzaqlaşdırılıb, 95 işçi isə həmin vasitələrlə yerində təmin olunub.

Qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə cari ilin müvafiq dövrü ərzində 664 sahibkarlıq obyektində monitorinqlər aparılıb. Nəticədə, 498 işçi ilə yeni əmək müqaviləsi bağlanması və 1803 işçinin əmək müqaviləsində əməkhaqqının real göstərilməsi təmin edilib.

Azvision.az


Teqlər: Naxçıvan   Tikinti   Təhülkəsizlik  





Xəbər lenti