Məktəbdən oğurluq edənlər tutuldu

Məktəbdən oğurluq edənlər tutuldu
  27 Noyabr 2018    Oxunub:4434
Hacıqabul rayonun Navahı kənd tam orta məktəbindən naməlum şəraitdə 2 ədəd hər birinin qiyməti 592 manat olan noutbukun oğurlanması barədə Hacıqabul Rayon Polis Şöbəsinə məlumat daxil olub.
DİN Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan Azvision.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakinləri Zaur Əsgərov və Vüqar İbrahimov saxlanılıblar.

Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf ediblər. Oğurladıqları noutbuklar onlardan maddi sübut kimi götürülüb. Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti