Əjdər Ağayev vəfat edib
Əjdər Ağayev 1937-ci il oktyabrın 10-da Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olmuşdu. Burada kənd yeddiilik, Salyanda orta məktəbi bitirib. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsində təhsil alıb (1955-1960).
Əmək fəaliyyətinə Salyan rayonu məktəblərində müəllim kimi başlayıb (1960-1965). Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun aspiranturasına daxil olub (1965-1969). "Azərbaycan ictimai fikrində şəxsiyyətin formalaşması" adlı doktorluq işi müdafiə edib. "Azərbaycan məktəbi" jurnalının və onun əlavə nəşr edilən məcmuələrinin baş redaktoru olub (1974-1981).
Sonralar müxtəlif vəzifələrdə çalışıb. Ardınca Lənkəran Dövlət Universitetində pedaqogika və psixologiya kafedrasının müdiri vəzifəsində işləyib. Azərbaycan Təhsil Nazirliyi nəzdində pedaqogika və psixologiya elmləri üzrə Elmi-metodiki şuranın sədri, Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasında pedaqogika və psixologiya elmləri üzrə ekspert komissiyası sədrinin müavini olub.
Ə.Ağayev Azərbaycan Təhsil Şurasının təsisçisi və ilk sədri olub. Təhsil Şurası 1998-ci ilin sentyabr ayında keçirilən Azərbaycan müəllimlərinin XI qurultayında yaradılıb. Ə.Ağayev 2018-ci ilin noyabrınadək şuranın sədri olub.
Akademik Mehdi Mehdizadə adına mükafatın və "Araz" ali ədəbi mükafatın laureatıdır. Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü idi.
Allah rəhmət eləsin!
Azvision.az
Teqlər: Əjdər-Ağayev Təhsil Ekspert