3 nəfər evdə köməksiz vəziyyətdə qalıb

3 nəfər evdə köməksiz vəziyyətdə qalıb
  27 Noyabr 2018    Oxunub:4782
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda ikisi azyaşlı olmaqla 3 nəfər giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin ediblər. Əməliyyat başa çatıb.

Azvision.az





Teqlər: FHN  





Xəbər lenti