Keçmiş məhkumun evindən heroin tapıldı

Keçmiş məhkumun evindən heroin tapıldı
  26 Noyabr 2018    Oxunub:4068
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az-a verilən xəbərə görə, Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Abdullayevin evindən 563 qramdan artıq heroin, digər narkotik vasitə olan marixuana və güclü təsiredici xüsusiyyətə malik metamfetamin aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti