Siyəzəndə ağır yol qəzası: 4 nəfər yaralanıb (FOTO)

Siyəzəndə ağır yol qəzası:  4 nəfər yaralanıb (FOTO)
  26 Noyabr 2018    Oxunub:8069
Siyəzən rayonu ərazisində 4 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
10 AR 424 dövlət nömrə nişanlı “Mercedes” markalı minik avtomobili Bakı–Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Siyəzən rayonu Zarat kəndi ərazisindən keçən hissəsində idarəetməni itirərək beton maneəyə çırpılıb.

Qəza nəticəsində yaralanan Bakı şəhər sakinləri, 1960-cı il təvəllüdlü Rzayev Ceyhun Məsim oğlu və 1980-ci il təvəllüdlü Rəsulov Anar Vaqif oğlu təcili-tibbi yardım maşını ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırılıb. Vəziyyətləri ağır olan digər iki nəfər isə Sumqayıt şəhərindəki xəstəxanaya aparılıb.

Sınıq xəsarətləri alan Ceyhun Rzayev və Anar Rəsulov da ilkin tibb yardımdan sonra müalicələrini davam etdirmək üçün Bakı şəhərinə yola salınıb. Faktla bağlı araşdırma aparılır. (AzərTAc)







Azvision.az



Teqlər: Siyəzən   Qəza  





Xəbər lenti