Badamdarda yeni uçqunlar olub

 Badamdarda yeni uçqunlar olub
  25 Noyabr 2018    Oxunub:4331
Badamdar qəsəbəsində sürüşmə zonasında gərginlik davam edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, mütəxəssislər tərəfindən keçirilmiş monitorinqlər göstərir ki, sürüşmə zonası sahələrindən birində avtomobil yoluna tərəf yönələn torpaq kütləsinin artımı müşahidə olunur. Yağışlar nəticəsində kiçik sahədə torpaq uçqunları qeydə alınıb.

Bununla belə, sürüşmə zonasının yuxarı hissəsində yerləşən həyət evlərində qurulmuş mayaklarda dəyişikliklər müşahidə olunmayıb.

Xatırladaq ki, bir gün əvvəl Badamdardakı sürüşmə zonasında qayanın böyük bir parçası qopub və enişlə aşağı hərəkət etməyə başlayıb.

Azvision.az



Teqlər: ETSN   Badamdar  





Xəbər lenti