Su Polisi balıqçıları ölümdən xilas edib - FOTO

Su Polisi balıqçıları ölümdən xilas edib -  FOTO
  24 Noyabr 2018    Oxunub:5610
Bu günlərdə Bakı şəhərinin Suraxanı rayonunun Hövsan kəndi yaxınlığında dənizdə (təxminən 25 km dənizin içinə doğru) taxta qayıqda köməksiz qalan iki nəfəri Su Nəqliyyatında Polis idarəsinin əməkdaşları canfəşanlıq göstərərək xilas ediblər.
İdarədən Azvision.az-a verilən xəbərə görə, qayıqda həyati təhlükədə olan 1980-ci il təvəllüdlü Emin Fərmanov və 1977-ci il təvəllüdlü Eldəniz Cavadov bilavasitə Su Nəqliyyatında Polis İdarəsinin rəisinin nəzarəti və səyi nəticəsində xilas edilib. Su polisi tərəfindən köməksiz qalan balıqçıların yerləri operativ şəkildə müəyyən edilib və həyatları xilas olunub.



Hər iki şəxs və onlarin ailə üzvləri həyatlarının xilasına görə, eləcə də ailələrini gözüyaşlı qoymadıgına gorə Azərbaycan polisinə və şəxsən idarə rəisinə təşəkkürlərini bildiriblər. Su Polisi mütəmadi olaraq bu cür halların qarşısını almaq üçün profilaktik və lazımi işləri gücləndirir. Onu da bildirək ki, Su Polisi tərəfindən dəfələrlə təhlükəli anlarda insanların həyatı xilas edilib və bu cür hadisələrin qarşısı alınıb.




Azvision.az



Teqlər: DİN   Balıqçı  





Xəbər lenti