Bakıda arvad ərini qətlə yetirib

 Bakıda arvad ərini qətlə yetirib
  24 Noyabr 2018    Oxunub:5026
Noyabrın 24-də Bakı şəhər sakini Rövşən Musayev Nərimanov rayonu ərazisindəki evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.
Azvision.az Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən arvadı Vəfa Orucova saxlanılıb.

Azvision.az


Teqlər: DİN   Qətl   Bakı  





Xəbər lenti