Badamdar sürüşmə zonasında yeni çatlar yaranıb

Badamdar sürüşmə zonasında yeni çatlar yaranıb
  23 Noyabr 2018    Oxunub:4653
23 noyabr 2018-ci il tarixində Badamdar sürüşmə sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri tərəfindən aparılan monitorinqin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, son günlər yağan yağış nəticəsində sürüşmənin baş hissəsində asılı vəziyyətdə olan iri qaya parçasının qopması və yamac boyu irəliləməsi müşahidə edilib.

Sürüşmənin alt hissəsində isə yeni çatlar qeydə alınıb. Monitorinqlər davam etdirilir.

Aytən Zəhra
Azvision.az


Teqlər: ETSN   Sürüşmə  





Xəbər lenti