Həmkəndlisini şantaj edən şəxs tutulub

Həmkəndlisini şantaj edən şəxs tutulub
  23 Noyabr 2018    Oxunub:4034
Biləsuvarda həmkəndlisini rüsvayedici məlumat yayacağı ilə hədələyən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az-a verilən məlumata görə, ötən gün Biləsuvar rayonunun Aşağı Gürəli kəndi ərazisində kənd sakini, əvvəllər məhkum olunmuş Ruslan Kəlbiyev həmkəndlisi olan bir nəfəri barəsində rüsvayedici məlumat yayacağı ilə hədələyib ondan 1000 manat alıb.

Biləsuvar rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.Kəlbiyev saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Azvision.az


Teqlər: DİN   Cinayət  





Xəbər lenti