Sumqayıtda iki qadın qarət olunub

Sumqayıtda iki qadın qarət olunub
  23 Noyabr 2018    Oxunub:4731
Sumqayıt şəhər sakinləri olan iki qadının çantalarından pul və mobil telefonlarını oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.
DİN-nin mətbuat xidmətindən Azvision.az-a verilən xəbərə görə, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 22-də şəhər sakini olan bir qadının çantasından 437 manat və mobil telefon, digərinin çantasından isə mobil telefon oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə məhkum olunmuş Ruslan Bayramov və əvvəllər dələduzluq və xuliqanlıq etdiyinə görə məhkum olunmuş Abşeron rayon sakini Loğman Mirzəzadə saxlanılıblar.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti