Avtomobildən pirotexniki vasitələr aşkarlanıb

Avtomobildən pirotexniki vasitələr aşkarlanıb
  23 Noyabr 2018    Oxunub:3715
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azvision.az-a verilən xəbərə görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib.

Baxış zamanı nəqliyyat vasitəsinin arxa söykənəcəyin arxa hissəsindən, qabaq sağ tərəf ayaqaltından və dinamik qutusunun içərisindən üzərində "Black Devil" yazısı olan 245 ədəd, üzərində "Sarı Jiao Pao" yazısı olan 1100 ədəd, üzərində "Football produsts" yazısı olan 400 ədəd pirotexniki vasitələr aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DGK  





Xəbər lenti