Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri gün ərzində köməksiz vəziyyətdə qalan 7 nəfəri xilas edib.
Azvision.az xəbər verir ki, müxtəlif saatlarda Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın Suraxanı, Binəqədi rayonları, Mingəçevir şəhərində sakinlərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Çağırış ünvanına cəlb olunmuş FHN əməkdaşları sakinlərə kömək ediblər. Xilas olunanlar arasında azyaşlılar da var.