Oğurluq etdiyinə görə tutulan şəxslərin törətdiyi digər cinayət əməli də müəyyən edilib.
DİN-dən Azvision.az-a verilən xəbərə görə, oğurluq edən Emin Duduyevin ətrafında Sumqayıt ŞPİ 3-cü PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun şəhər ərazisində daha 14 avtomobildən pul, akkumulyator və məişət əşyaları oğurlaması da müəyyən edilib.