Qusar sakininin bank hesabından pul oğurlanıb

Qusar sakininin bank hesabından pul oğurlanıb
  20 Noyabr 2018    Oxunub:4769
Vətəndaşın bank hesabından oğurluq etməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
DİN Mətbuat Xidmətindən Azvision.az-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini A.Həsənov bankomat kartının oğurlandığını və hesabındakı 790 manatın çıxarıldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Piral kənd sakini Nəbi Butayev müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.

Azvision.az


Teqlər:





Xəbər lenti