Gəncədə dağıntılar altından bir nəfərin meyiti çıxarılıb

Gəncədə dağıntılar altından bir nəfərin meyiti çıxarılıb
  20 Noyabr 2018    Oxunub:3080
Gəncə şəhərində yaşayış binasında baş verən partlayış zamanı bir nəfərin meyiti dağıntılar altından çıxarılıb.
Bu barədə Azvision.az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Elvin Hacıyev məlumat verib. Onun sözlərinə görə, hazırda ərazidə iş aparılır.

“Hələlik dağıntılar altından bir nəfərin meyiti çıxarılıb. Ərazidə iş gedir, təcili yardım maşınları cəlb olunub. Bir yaralı hadisə yerindədir və onun xilas edilməsi üçün işlər davam etdirilir”.

Qeyd edək ki, bu gün səhər saatlarında Gəncə şəhəri "Füzuli" parkının yaxınlığında 4 mərtəbəli yaşayış binasında partlayış olub. Nəticədə binanın 3-cü blokunun bir hissəsi çöküb.

Aytən Zəhra
Azvision.az



Teqlər: Gəncə   Parlayış  





Xəbər lenti