Siyəzəndə 2 nəfər yol qəzasında ölüb

Siyəzəndə 2 nəfər yol qəzasında ölüb
  20 Noyabr 2018    Oxunub:2747
Siyəzən rayonunda “KAMAZ” markalı yük avtomobili ilə “Mercedes” markalı minik maşını toqquşub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1984-cü il təvəllüdlü Ələkbərov Şamil Əkbər oğlu və sərnişin, Leyla Məmmədovanın meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.​

Azvision.az


Teqlər: FHN   Qəza  





Xəbər lenti