"Xəzər" kafesindəki yanğın söndürülüb - VİDEO (Yenilənib)

"Xəzər" kafesindəki yanğın söndürülüb - VİDEO (Yenilənib)
  21 Sentyabr 2018    Oxunub:5953
Bakı şəhəri, Xətai rayonunda yerləşən "Xəzər" kafesində baş verən yanğın söndürülüb.
AzVision.az-ın məlumatına görə, yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Hadisənin səbəbiləri araşdırılır.

***
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda yerləşən tikilidə (çay evi kimi fəaliyyət göstərir) yanğın hadisəsi baş verib.

AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir. Yanğınsöndürmə və digər xilasetmə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.​

***
Bakının Xətai rayonu ərazisində güclü yanğın başlayıb.

AzVision.az-ın məlumatına görə, yanğın Nobel prospektində yerləşən obyektlərdən birində qeydə alınıb. Hazırda yanğın davam edir. Əraziyə FHN-nin briqadaları cəlb olunub.



AzVision.az


Teqlər: Ynağın   Bakı  





Xəbər lenti