Ağsuda yanğın olub

Ağsuda yanğın olub
  27 Avqust 2018    Oxunub:2345
Ağsu rayonunda yanğın qeydə alınıb.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, Ağsu rayonunun Kalva kəndində bir dam altında tikilmiş, ümumi sahəsi 100 m2 olan tövlənin, hamamın və köməkçi tikilinin yanar konstruksiyaları 100 m2 sahədə, tikilinin içərisinə yığılmış 9 ton yemin (dənli bitkilər) 2 tonu, bitişik, ümumi sahəsi 100 m2 olan talvarın yanar konstruksiyaları 50 m2 sahədə və damına yığılmış 18 ton ot bağlamasının 9 tonu yanıb.

Ot bağlamasının və yemin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti