Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 4 nəfər kişi çoxmərtəbəli binanın 16-cı mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Vətəndaşlarla aparılan psixoloji söhbətlər nəticəsində onlar, özünə qəsd etmək fikrindən daşınıblar. Əməliyyat başa çatıb.