“Toppuş bacı”da yenidən bədxassəli şiş aşkarlanıb

“Toppuş bacı”da yenidən bədxassəli şiş aşkarlanıb
  20 Avqust 2018    Oxunub:17259
Xərçəng xəstəliyinə tutulan əməkdar artist, "Toppuş bacı" obrazı ilə tanınan Tünzalə Əliyeva yenidən xəstəxanaya yerləşdirilib.
Bu barədə AzVision.az-a aktrisa özü məlumat verib. O bildirib ki, bu yaxınlarda keçirdiyi əməliyyatdan sonra limfa vəzilərindən birində yenidən bədxassəli şiş aşkarlanıb.

“Ayağa doğru gedən limfa vəzilərindən birində şiş artıq metastaza çevrilib. Buna görə də ilk terapiyanı qəbul edəcəyəm. Vəziyyətimin necə olacağı gedişatdan asılı olacaq”.

Qeyd edək ki, aktrisa bir müddət əvvəl uşaqlıq yolunda aşkarlanan bədxassəli şişə görə əməliyyat olunub.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Əməkdar-artist   Aktrisa   Xərçəng   Xəstəlik  





Xəbər lenti