Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ağdam rayonunun İkinci Baharlı qəsəbində 1 nəfər su quyusuna düşərək köməksiz vəziyyətdə qalıb.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Qarabağ Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri 1937-ci il təvəllüdlü Əsgərova Məntiqə Hüseyn qızının meyitini dərinliyi təqribən 7-8 metr olan su quyusundan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.