Keçmiş məhkum silahla tutuldu

Keçmiş məhkum silahla tutuldu
  17 Avqust 2018    Oxunub:1361
Bərdə rayon sakinindən silah-sursat götürülüb.
DİN-dən AzVision.az-a verilən xəbərə görə, daxil olmuş məlumat əsasında DİN-in Baş Cinayət Axtarışı İdarəsi və Füzuli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Böyük Bəhmənli kənd sakini Mücəllət Ələkbərovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil saxlanılıb, sərnişini Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Sənan Zülfüqarovdan 1 ədəd tapança, 5 ədəd patron və 1 ədəd patron darağı götürülüb.

AzVision.az


Teqlər: DİN   Tapança  





Xəbər lenti