6 marşrut xətti müsabiqəyə çıxarılıb

6 marşrut xətti müsabiqəyə çıxarılıb
  17 Avqust 2018    Oxunub:1434
49, 50, 64, 136, 160 və 171 nömrəli müntəzəm marşrut xətləri müsabiqəyə çıxarılıb.
Bakı Nəqliyyat Agentliyindən AzVision.az-a verilən məlumata görə, daxil olan vətəndaş müraciətləri əsasında 49, 50, 64, 136, 160 və 171 nömrəli müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb və bir sıra çatışmazlıqların olduğu müəyyən edilib. Bunu nəzərə alaraq, qeyd edilən xətlərin müsabiqəyə çıxarılması qərara alınıb. Məqsəd, bu xətlər üzrə sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasıdır.

Müsabiqədə iştirak etmək istəyənlər Bakı Nəqliyyat Agentliyinə müraciət etməlidir.

AzVision.az


Teqlər: BNA   Avtobus  





Xəbər lenti