15 gündə 68 yol qəzası olub: 28 ölü, 132 yaralı

15 gündə 68 yol qəzası olub: 28 ölü, 132 yaralı
  16 Avqust 2018    Oxunub:1373
Avqust ayının 15 günündə respublikanın avtomobil yollarında 68 yol-nəqliyyat hadisəsi baş verib.

AzVision.az Daxili İşlər Nazirliyinin (DİN) saytında yer alan məlumatlara istinadən bildirir ki, yol qəzalarında 28 nəfər ölüb, 132 nəfər isə xəsarət alıb.
Qeyd edək ki, iyul ayında respublikanın avtomobil yollarında 133 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalarda 68 nəfər ölüb, 248 nəfər xəsarət alıb.

Anar Kəlbiyev
AzVision.az









Teqlər: Qəza   DİN   Ölüm  





Xəbər lenti