Saatlıda ağır qəza - 2 nəfər yaralandı (FOTOLAR)

Saatlıda ağır qəza - 2 nəfər yaralandı (FOTOLAR)
  08 Avqust 2018    Oxunub:18135
Bu gün səhər saatlarında Saatlı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az xəbər verir ki, qəza rayonun Bəylər kəndi ərazisində qeydə alınıb. Belə ki, “Shacman” markalı, 99 BO 962 dövlət qeydiyyat nişanlı yük maşını, 90 SU 196 dövlət qeydiyyat nişanlı "VAZ-2106" markalı avtomobillə toqquşub.



Qəza nəticəsində "VAZ-2106" da olan 2 nəfər ağır xəsarət alıb. Xəsarət alan şəxslər ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb. Dövlət Yol Polisi faktla bağlı araşdırma aparır.









Elvin Abdulla
AzVision.az



Teqlər: Qəza   Saatlı  





Xəbər lenti