Sumqayıtda yaşayış binasında yanğın olub

Sumqayıtda yaşayış binasında yanğın olub
  07 Avqust 2018    Oxunub:3639
Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasında yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AzVision.az-a verilən məlumata görə, yaşayış binasının dördüncü mərtəbəsində ümumi sahəsi 65 m² olan 3 otaqlı mənzilin 1 otağında 2 ədəd ev avadanlığı yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az




Teqlər: FHN   Yanğın  





Xəbər lenti