Narkotik əkən Balakən sakini saxlanılıb

Narkotik əkən Balakən sakini saxlanılıb
  07 Avqust 2018    Oxunub:4377
Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində növbəti əməliyyat tədbiri uğurla nəticələnib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AzVision.az-a bildiriblər ki, Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında avqustun 6-da keçirdikləri əməliyyat-axtarış tədbirlər zamanı rayonun Tülü kənd sakini İsmayıl Murtuzəliyev saxlanılıb.

Onun yaşadığı kənddə “Qıraq oba” adlanan sahibsiz yerdə əkib-becərdiyi ümumi çəkisi 99 kiloqrama yaxın 60 ədəd narkotik tərkibli çətənə kolu aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər: DİN   Çətənə  





Xəbər lenti