Sumqayıtda bir nəfər kanalda batıb - Yenilənib

Sumqayıtda bir nəfər kanalda batıb - Yenilənib
  05 Avqust 2018    Oxunub:4905
Samur-Abşeron kanalının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1991-ci il təvəllüdlü Əbilov Daşqın Tapdıqəli oğlunun axtarışları başa çatıb.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, D.Əbilovun cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

***
Samur-Abşeron kanalının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində 1 nəfər batıb.

AzVision.az xəbər verir ki, bu barədə FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti