Cəlilabadda avtomobil sexi yanıb

Cəlilabadda avtomobil sexi yanıb
  05 Avqust 2018    Oxunub:3927
Cəlilabadda yanğn qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Cəlilabad rayonunda ümumi sahəsi 760 m² olan tikilinin (avtomobil təmiri sexi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları 240 m² sahədə və “Ford” markalı mikroavtobusun salon hissəsi qismən yanıb.

Tikilinin, avtomobilin qalan hissəsi və bitişik ikimərtəbəli tikili yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti