Xəzərdə batan 2 nəfərin meyiti tapılıb

Xəzərdə batan 2 nəfərin meyiti tapılıb
  05 Avqust 2018    Oxunub:4341
Bakı şəhərinin Xəzər rayonunda dənizin nəzarətsiz ərazisində 2 nəfər batıb.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, bu barədə məlumat qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Bildirilib ki, 1997-ci il təvəllüdlü Mahmudova Gülnar Əvəz qızı və Əliyev Əliağa Əvəz oğlunun (təvəllüdü dəqiqləşdirilir) cəsədləri hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Onların batdığı əraziyə ən yaxın xilasetmə məntəqəsi 800 metr aralıda olub.

AzVision.az


Teqlər: FHN   Xəzər   Dəniz  





Xəbər lenti