Şəki və Yardımlıda yanğın olub

Şəki və Yardımlıda yanğın olub
  04 Avqust 2018    Oxunub:4691
Şəki rayonunun Sarıca kəndində 50 ha sahədə quru ot yanıb.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, yaxınlıqdakı digər sahələr yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Yardımlı rayonunun Ərsilə kəndində isə ümumi sahəsi 80 m² olan tövlənin çardağının yanar konstruksiyaları və çardağına yığılmış 10 ton ot bağlamasının 4 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər: Yanğn   FHN   Şəki   Yardımlı  





Xəbər lenti