İstəmədiyi oğlanla evlənməmək üçün intihara cəhd etdi

İstəmədiyi oğlanla evlənməmək üçün intihara cəhd etdi
  04 Avqust 2018    Oxunub:4958
Ağstafa rayonunda intihara cəhd hadisəsi qeydə alınıb.
AzVision.az-ın Report-a istinadən verdiyi məlumata görə, rayonun 1997-ci il təvəllüdlü Qıraq Kəsəmən kənd sakini A.Məmmədova dərman içərək özünü öldürməyə cəhd edib.

Zərərçəkmiş yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib və vəziyyəti orta-ağırdır.

Qızın valideynləri onu sevmədiyi oğlana nişanlamaq istədikləri üçün intihara cəhd etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti